...

Namiq Qaraçuxurlunun yeni albomu işıq üzü gördü

Cəmiyyət Materials 25 Aprel 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx. TrendLife Türkan İmaməliyeva/

Meyxana ustası Namiq Qaraçuxurlu serial çəkilişində baş rola dəvət almışdı. Maraqlandıq görək, sənətçi filmdə çəkilməyə razılıq verdimi? Sualımıza cavab tapmaq üçün meyxana ustası ilə əlaqə saxladıq. Namiq, TrendLife-a açıqlamasında bildirib ki, serial çəkilişinə dəvət olunsa da, qonorar onu qane etmədiyindən razılığa gələ bilməyib. Sənətçi söhbət əsnasında filmin rejissorunun adını açıqlamasa da, qeyd etdi ki, məhz onun filmdə çəkilməsi onlara uğur gətirəcəkdi. "Kimlərsə ucuz yolla serial çəkib, populyarlıq qazanmaq istəyirlər. Mənə də telefon açıb xahiş-minnət etdilər. Dəvəti qəbul edib, getdim. Ancaq qonorar məsələsinə gələndə razılaşmadım. Mən sənətimə dəyər verməyi bacarıram. Filmin adını və rejissorunu adını açıqlayıb onların işinə kölgə salmaq istəmirəm".

Meyxanaçının digər yaradıcılıq yeniliklərinə gəldikdə, "Dedi-qodu" adlanan yeni albomu nəhayət ki, işıq üzü görüb. Namiq Qaraçuxurlu adıçəkilən alboma duetlərlə yanaşı vətənpərvərlik mövzusunda meyxanalarını da daxil edib. Çox güman ki, "Vətən" adlı meyxanaya bu yaxınlarda ekran əsəri qurluşu da veriləcək.

Xəbər lenti

Xəbər lenti