...

Azərbaycanın hakim partiyası amnistiya layihəsi hazırlayıb

Cəmiyyət Materials 2 May 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası eks-prezident Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı amnistiyanın verilməsi üçün layihə hazırlayıb. Bu barədə cümə günü jurnalistlərə açıqlamasında hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.

Novruzov hesab edir ki, mayın 10-u - Heydər Əliyevin anadan olduğu günə qədər Parlament tərəfindən amnistiya aktının qəbul edilməsi mümkündür. Onun sözlərinə görə, Parlamentdə çoxluq təşkil edən hakim partiyanın hazırladığı layihədə təsədüfən cinayət törətmiş şəxslərə, yaşlı məhbus qadınlara amnistiyanın şamil olunması nəzərdə tutulub.

Onun sözlərinə görə, layihə Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komissiyasına təqdim olunacaq, daha sonra parlamentdə müzakirəyə çıxarılacaq: "Mayın 6-da Parlamentin iclası olacaq, çalışacağıq ki, həmin tarixə qədər məsələni yekunlaşdıraq".

İndiyə qədər Azərbaycanda səkkiz amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə mayın 10-da qəbul edilib. 7 amnistiya aktı 78 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb. Sonuncu amnistiya aktının icrası isə davam edir. Bu aktla indiyədək 2700-dən artıq məhkum azad olunub.

Xəbər lenti

Xəbər lenti