...

Azərbaycan ombudsmanı Parlamentdə əlillərin hüquqlarının müdafiəsi haqqında məsələ qaldıracaq

Cəmiyyət Materials 5 May 2008 14:25 (UTC +04:00)
Azərbaycan ombudsmanı Parlamentdə əlillərin hüquqlarının müdafiəsi haqqında məsələ qaldıracaq

Azərbaycan, Bakı, 05 may/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanın ombudsmanı Parlamentdə əlillərin hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair məsələ qaldıracaq. Əsas tələblər bu kateqoriyadan olan şəxslərin problemlərinə diqqətin artırılması, əlillərin hüquqlarını müdafiə edən qanunların icrası üçün mexanizmin hazırlanmasından ibarətdir. Bu barədə jurnalistlərə bazar ertəsi, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova məlumat verib.

Statistikaya görə, bu gün Azərbaycanda 420 min əlil var. Onlardan 15 faizi uşaqlardır. Ombudsman bildirib ki, əlillərə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi, onların sosial problemlərinin həlli, ictimai həyata uyğunlaşması üçün şəraitin yaradılması, yeni reabilitasiya mərkəzlərinin qurulması hökumətin prioritet vəzifələridir.

Ombudsman qeyd edib ki, Azərbaycan əlillərin hüquqları haqqında Avropa konvesiyasına qoşulmuş ölkə kimi, öz üzərinə bu kateqoriyadan olan şəxslərinin hüquqlarının müdafiəsinə dair öhdəliklər götürüb, ölkə Parlamenti isə dövlətin öhdəliklərinin yerinə yetirilməsi üçün qanunlar qəbul etməlidir.

Ombudsman bu sahədə təkliflər paketi hazırlayıb və yaxın vaxtlarda onu ölkənin qanunverici orqanına təqdim edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti