...

Azərbaycanda fəxri adları pulla alırlar-müğənni Səidə Dadaşova

Cəmiyyət Materials 10 May 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /müx. TrendLife Safura/

Müğənni Səidə Dadaşovanın konsert verməməsinin, klip çəkdirməsinin səbəbi pulsuzluqdur. Bu haqda TrendLife-a müğənni özü danışıb. " Hazır klipim var. Maddi durumum imkan vermir ki, onu efirlərdə "raskrutka" edim. Telekanallarda bir gün ərzində klipimin getməsi 500 -600 manat tələb edir. Hesablayın bir ay klipim efirdə görünməsi üçün mən nə qədər pul xərcləməliyəm. O qədər gəlirim yoxdur. Maddi durumum düzələndən sonra konsert verməyi düşünürəm. Azərbaycanda müğənni özü əlləşib-vuruşur. Hər şeyi, xırda detallarına qədər özü həll edir. Əslində belə olmamalıdır"- deyən Səidə Dadaşova 3 ilə yaxındır ki, efirdə görünməməsinin səbəbini bu gür izah edib.

"Telekanallarda görünmək üçün ya əməkdar, ya da xalq artisti olmalısan. Bəziləri bu ada həqiqətən layiq olsalar da bir çoxları fəxri adları pulla alırlar. Mənim nə pulum, nə də adım var. Şou proqramlarda, el şənliklərində çıxış edirəm. Bu mənə bəs edir. Xaricdə müğənniləri telekanallara dəvət edəndə, ona qonarar verirlər. Bizdə isə müğənni pul verir ki, onu hansısa efirə dəvət etsinlər".

Xəbər lenti

Xəbər lenti