...

Ermənilər Azərbaycanın işğal altında yerləşən ərazilərində yenidən yanğınlar törədiblər

Cəmiyyət Materials 11 May 2008 19:02 (UTC +04:00)

Azərbaycan, Bərdə. 11 may / Trend müxbir Ş.Cəliloğlu/  Bu gün saat 14-00 iradələrinə ermənilər Azərbaycanın işğal altında yerləşən ərazilərində yenidən yanğınlar törədiblər. Yanğınlar Ağdamın işğal altında olan Gülçülük sovxozu adlanan ərazisində baş verib. Bir hektara yaxın ərazini əhatə edən yanğınlar quru otlaq sahələrini əhatə edir.

Cəbhə yanı kənd sakinlari, Qarabağ üzrə bölgə muxbirimizə verdiyi məlumata görə, ermənilər yandırıcı silahlardan atəş açaraq əraziləri yandırırlar. Yanğınlar zamanı işğal altında yaşayan sürünən heyvanlar alovdan canını qurtararaq tamas xəttinə yaxın yerləşən yaşayıs məntəqələrinə üz tutublar. Bu isə öz növbəsində kənd caamatının həyat şaraitini çətinləsdirir. Bu gün Ağdam rayon sakinini əkin sahəsində çalışarkan ilan vuraraq öldürüb.

Qeyd edək ki yanğınlar saat 18.00 iradələrinə qədər davam edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti