...

Müğənni Cavanşir Məmmədov: "Səməd Səmədovun muğamdan anlayışı yoxdur"

Cəmiyyət Materials 12 May 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /müx. TrendLife Safura/

Əməkdar artist Cavanşir Məmmədov həmkarı Səməd Səmədovu muğam və təsniflərdə anlayışsız olduğunu söyləyib. "Çox müğənnin adını çəkə bilərəm ki, muğam və təsniflərin nə olduğunu bilmirlər. Məsələn siz Səməd Səmədovdan yuxarıda adıçəkilən janrların fərqini soruşsanız, əminəm ki, cavab verə bilməyəcək". Onun sözlərinə görə, estrada müğənnilərinin çoxu azərbaycan musiqi mədəniyyətindən xəbərsizdirlər. Səməd Səmədova muğam və təsnif arasında fərq nədir sualını ünvnladıqda, müğənnin cavabı bu cür oldu. "Əgər səhv etmirməsə, təsnif muğamların birləşməsidir. Bülbül adına musiqi məktəbinin rus dilində bitirməyimə baxmayaraq, muğam ifaçısı deyiləm. Məhz buna görə də bəzi incəlikləri bilməyə bilərəm".

Xəbər lenti

Xəbər lenti