...

Biz "Eurovision" müsabiqəsində qətiyyətlə öz sözümüzü dedik-nazir Əbülfəs Qarayev

Cəmiyyət Materials 21 May 2008 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /müx. TrendLife Eldar Hüseynzadə/

Dünən "Eurovision" müsabiqəsinin yarımfinalı çox uğurla başa çatıb. Müğənnilər Samir və Elnur cütlüyü Azərbaycanı layiqli şəkildə orada təmsil edirlər. Dünənki, konsertlə bağlı öz təssüratlarını nazir Əbülfəs Qarayev TrendLife-la bölüşüb. "Mən də hamı kimi dünən böyük maraqla "Eurovision" müsabiqəsini izləyirdim. Fikrimcə bizim musiqiçilərimizin çıxışı digərlərindən fərqlənirdi. Hiss olunurdu ki, Samir və Elnur cütlüyü ciddi hazırlıq keçiblər. Bu işdə köməklik göstərən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Hər ikisi sübut etdilər ki, professional müğənnidirlər. Hesab edirəm ki, hər iki gəncin qalib gəlmək şansı var. Biz öz sözümüzü həmin müsabiqədə qətiyyətlə dedik".

Xəbər lenti

Xəbər lenti