...

Azərbaycanın "Dua" filmi İtaliyada festivalda nümayiş olunacaq

Cəmiyyət Materials 22 May 2008 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /müx. TrendLife Eldar Hüseynzadə/

Bu il Xocalı faciəsinin ildönümündə "Dua" sənədli filmi təqdim olunub. Filmin rejissoru Ziya Şixlinski, ssenari müəllifi Yusif Şeyxova aiddir. Lent əsərində erməni faşizminin törətdikləri faciələr əks olunub. Yusif Şeyxovun TrendLife-a verdiyi xəbərə görə, "Dua" filmi İtaliyanın Trento şəhərində keçirilən festivalda nümayiş olunacaq. Bu lent əsəri o qədər səciyyəvidir ki, onu hər festivala da göndərmək olmaz. Buna baxmayaraq, adıçəkilən film gələcəkdə başqa beynəlxalq kinoforumlara göndərilməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti