Azərbaycan, Bakı, 23 may /müx. TrendLife Cavid Osmanov/
Müğənni Nüşabə Ələskərli "Tələsin insanlar" mahnısını ingilis dilində oxuyacaq. Mahnının sözləri Cabir Novruza, musiqisi isə Oktay Kazımiyə aiddir. Bundan əlavə müğənni adıçəkilən mahnıya klip də çəkdirəcək. Xanım Ələskərlinin sözlərinə görə klipin bütün xərclərini sponsor çəkəcək. Bu hələ son deyil. Müğənni daha üç klip çəkdirmək niyyətindədir. Bunun üçün isə o, üç rejissora-Fuad Əlişova, Ülviyyə Könülə və Aqil M. Quliyevə müraciət edəcək.