...

Futbol üzrə Azərbaycan Kubokunun sahibi "Xəzər-Lənkəran" klubu oldu

Cəmiyyət Materials 24 May 2008 21:27 (UTC +04:00)
Futbol üzrə Azərbaycan Kubokunun sahibi "Xəzər-Lənkəran" klubu oldu

Azərbaycan, Bakı. 24 may / Trend müxbir R.Ergün / Bu gün Bakıda Tofik Bəhrəmov adına Respublika stadionunda futbol üzrə Azərbaycan Kubokunun final oyunu başa çatdı.

Azərbaycan futbol federasiyaları Assosiyasiyasından Trend ə verilən məlumata görə Lənkəranın "Xəzər-Lənkəran" klubu bakının "İnter" klubuna qalib gələrək Kubokun sahibi oldu.

Oyunun əsas vaxtı qolsuz bərabarliklə başa çatdı. Ekstra-taymda "Xəzər-Lənkəran" braziliyalı leqioner Jinior Osvaldonun iki qolu ilə qalib oldu. O oyunun 115-ci və 119-cı dəqiqələrində "İnter"in qapısına yol tapa bildi. Beləliklə "Xəzər-Lənkəran" "İnter"i finalda 2:0 hesabı ilə uddu.

"Xəzər-Lənkəran" FK özünün 2008-2009 mövsümündə UEFA Kubokunda iştirakını rəsmiləşdirdi.

"Xəzər-Lənkəran" futbol klubunun baş məşqçisi ağasəlim Mircavadovdur.

"Xəzər-Lənkəran" yarımfinalda bakının "Olimpik" klubuna, "İnter" isə bakının "Neftçi" klubuna qalib gəliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti