...

Bəstəkar Gövhər Həsənzadə Fərhad Bədəlbəylini məyus etdi

Cəmiyyət Materials 27 May 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /müx. TrendLife Günel Əhmədova

Azərbaycanlı təmsilçilərin "Eurovision-2008-də" çıxışına TrendLife-da münasibətini bildirən Bakı Musiqi Akademiyasının rektoru, əməkdar incəsənət xadimi Fərhad Bədəlbəyli müsbət fikirlər söylədi. Eyni zamanda o, Elnur Hüseynovla Samir Cavadzadənin çıxışları zamanı həyəcanlı olduqlarını bildirdi:

"Yarımfinalda daha sərbəst idilər. Lakin final günü Elnurun səsində bir qədər farş notlar hiss olundu. Samir isə muğamı oxuyarkən sona yaxınlaşında səsi qaçdı. Bu bir o qədər nəzərə çarpmırdı və bu cür hallar bir neçə ifaçının çıxışında təkrarlanırdı. Çünki iştirakçılar mahnı oxumaqla yanaşı, müsabiqənin məsuliyyətini çiyinlərində daşıyırdılar. Bir sözlə qeyd etmək istəyirəm ki, Elnurla Samir istedadlı uşaqlardırlar. Bəlkə də başqası onlar qədər bacarmazdı. Çünki bu şans bizə ilk dəfə verilmişdi".

Nəticələrə gəlincə, Azərbaycanın 8-cı sırada yer almasını Fərhad Bədəlbəyli normal və hətta yüksək qiymətləndirdi. Onun fikrincə, artıq neçə illərdir inkişaf etmiş ölkələr Azərbaycandan çox-çox geridə qaldı. Rektorun əlavəsinə görə, bu cür müsabiqələr dövlətlərin bir-birinə olan marağının göstəricisidir.

F.Bədəlbəyli söhbəti zamanı daha bir məsələyə toxundu. Onun bildirdiyinə görə, xarici jurnalistlərlə Elnurla Samirin yox, məhz mahnının bəstəkarı Gövhər Həsənzadənin görüşməsi rektoru məyus edib:

"Onlara ünvanlanmış sualları Gövhər xanım cavablandırdı. Bu nəinki bizi, hətta xarici mətbuatı da narahat etdi. Lakin Samirlə Elnurun ingilis dilini bilməməsi bizim üçün mənfi göstəricidir. Çünki müsabiqənin şərtlərinə görə, iştirakçılar bu dildə müəyyən qədər danışmağı bacarmalıdırlar".

Xəbər lenti

Xəbər lenti