...

Azərbaycanda vəkilliyə qəbulla bağlı sənəd qəbulu başlanacaq

Cəmiyyət Materials 27 May 2008 17:40 (UTC +04:00)

Azərbaycan,Bakı,27 may / Trend , müxbir E. Babayev/ Gələn ay Azərbaycanda vəkilliyə qəbulla bağlı sənəd qəbulu başlanacaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Azər Tağıyev məlumat verib.

Ötən il keçirilmiş sonuncu müsabiqədə Vəkillər Kollegiyasına 340 vəkil qəbul olunub.

Yeni namizədlər Kollegiyaya üzv qəbul olunandan sonra Azərbaycanda vəkillərin sayı 735-ə çatıb.

Aqo qrupunun Azərbaycanla bağlı sonuncu hesabatında əhaliyə göstərilən hüquqi yardımın qənaətbəxş olmadığı vurğulanıb.

Tağıyev son 3 ildə Azərbaycanda vəkillərin sayının 3 dəfə artdığını deyib.

Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Azərbaycanda vəkillərin fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunla və Vəkillər Kollegiyasının Nizamnaməsi ilə nizamlanır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti