...

Mahnılarımı oxuyan əcnəbilər məni tanımırlar – bəstəkar Eldar Mansurov

Cəmiyyət Materials 6 İyun 2008 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun /TrendLife müx. Günel Əhmədova/

Bəstəkar Eldar Mansurov mahnılarının türk ifaçıları tərəfindən anonim bəstələr kimi təqdim olunması ilə razılaşmasa da, taleyi ilə razılaşmaq məcburiyyətindədir. TrendLife-a açıqlamasında mövzu ilə bağlı bəzi məqamlara aydınlıq gətirən bəstəkar belə dedi:

"Xatırlaya bilmirəm ki, bu günə kimi hansısa əcnəbi müğənni mahnımı oxumaq üçün məndən icazə alsın. Onlar məni ümumiyyətlə, tanımırlar. Bunun birinci səbəbi odur ki, həmin ifaçılarla məni kliometrlərlə məsafələr ayırır. Eyni zamanda bizdə müəllif hüququnun lazımi səviyyədə qorumaması nəinki mənim, bir çox korifey sənətkarların yaradıcılıq məhsulunun yadlaşdırılmasına gətirib çıxarır. İstəsəm belə onları məhkəməyə verə bilmərəm. Bunun üçün mənə dəskək göstərilməlidir. Gedim Türkiyəyə və haqqımı tələb edim. Bununla iş yekunlaşmır. Mənim vəkilim olmalıdır, arxamda dövlət dayanmalıdır və s. Əgər dövlət tərəfindən vəkil verilsə, belə bir riskə gedərəm".

Sözünün davamında azərbaycanlı bəstəkarın mahnılarının bir çox ölkələrdə səsləndirilməsini uğurlu nəticə hesab edən bəstəkar, sadəcə qanunların işlək vəziyyətindən narahatlıq keçirdiyini söylədi:

"Mənim üçün şərt musiqinin qarşısında azərbaycanlı müəllifin adının hallandırılmasıdır. Onun maliyyə tərəfi məni qətiyyən düşündürmür. Az-çox burada pulumu qazanıram".

Xəbər lenti

Xəbər lenti