Azərbaycan, Bakı, 12 iyun /TrendLife müx. Eldar Hüseynzadə/
Bolqarıstanın Varne şəhərində British Council şirkətinin xətti ilə Beynəlxalq teatr festivalı keçirilib. TrendLife-ın verdiyi xəbərə görə, həmin festivalda "Yuğ" teatrının direktoru Tərlan Rəsulzadə da iştirak edib. "Bu çox maraqlı forum idi. Ən əsası forum qeyri-formal şəraitdə keçirildi. Hər bir iştirakçı gündəlik özünün şəxsi mövzusunu müzakirəyə buraxırdı. Bu qeyri-adi metod çox effektli alındı".
Tədbirdə Avropanın cənub-şərq ölkələrinin yaradıcı təşkilatlarının nümaynədələri də iştirak edirdi. Bu sırada Horvatiyanın, Bosniyanın, Çernoqoriyanın, Albaniyanın, Yunanıstanın adını çəkə bilərik. İştirakçılar arsında nənki teatr direktorları, o cümlədən rejissorlar, prodüsserlər, administrasiya işçiləri də vardı.
"Seminarın göstəricilərinə görə, Azərbaycan teatrında olan maliyyələşdirmə problemi demək olar ki, Avropanın bütün ölkələrinin teatrlarında mövcuddur".
"Yuğ" teatrının direktoru Tərlan Rəsulzadənin sözlərinə görə, bu görüş nəticəsində gözəl əlaqələr yarandı ki, onlar teatrın yaxşılaşdırılması üçün köməklik göstərəcəklər.