...

Azərbaycanın çempion klubu latviyalı futbolçunu almaqda çətinlik çəkir

Cəmiyyət Materials 23 İyun 2008 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "İnter" futbol klubu Kiyevin "Dinamo" komandasının latviyalı oyunçusu Marius Verpakovskini transfer etməkdə çətinlik çəkir. Bu barədə bazar ertəsi Trend -a "İnter" klubunun Bolqarıstandan olan prezidenti Georgi Nikolov məlumat verib.

Nikolov deyib ki, hücumçu mövqeyində çıxış edən latviyalı futbolçunun transfer qiyməti çox yüksəkdir. "Biz bu oyunçu ilə maraqlanmışıq,amma o, çox bahadır. Buna görə də Verpakovskinin klubumuza keçidi mümkün olmur ", - deyə klub prezidenti əlavə edib.

Verpakovski Latviyanın yığma komandasının da üzvüdür. O, Latviya yığmasının 2004-cü ildə keçirilmiş Avropa çempionatının final mərhələsində iştirak etməsində əsas rollardan birini oynayıb.

Nikolov bildirib ki, bu il Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək "İnter" klubu yaxın günlərdə hazırlıq keçmək məqsədilə, Türkiyəyə gedəcək. Klub prezidenti bildirib ki, "İnter" bu təlim-məşq toplanışı dövründə Türkiyə və İran komandaları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti