Gürcüstan, Tbilisi, 01 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Bu gün Gürcüstan Dövlət Katibinin reinteqrasiya məsələləri üzrə müavini Yelene Tevdoradze azərbaycanlıların yaşadığı Sxisdziri kəndinin vəziyyəti ilə tanış olacaq. Dövlət Katibliyinin aparatından verilən məlumata görə, o, bu məqsədlə Mstxeta-Mtianeti regionu qubernatorunun iqamətgahında görüş keçirəcək.
Verilən məlumata əsasən, qubernator Sezar Çoçeli ilə görüşün məqsədi regionda milli azlıqların vəziyyətinin öyrənilməsidir.
Tevdoradze milli azlıqların yaşadığı kəndlərdə kənd və yerli hakimiyyət rəhbərləri, o cümlədən azərbaycanlıların kompakt şəkildə yaşadığı Sxisdziri kəndinin sakinləri ilə də görüşəcək.
Tevdoradze onların problemləri ilə tanış olmaq niyyətindədir. O, Aparatda Gürcüstan milli azlıqlarının vəziyyətinə nəzarət edir və onların hüquqlarının qorunması ilə məşğul olur.