...

Azərbaycanda prezident seçkiləri ilə bağlı qəzetlərin monitorinqinin keçirilməsinə başlanılıb

Cəmiyyət Materials 4 Avqust 2008 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 0 4 avqust / Tr , müxbir E.Babayev/ Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı qəzetlərin monitorinqinin keçirilməsinə başlanılıb. "Monitorinqin keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində mətbuatın Seçki Məcəlləsinin tələblərinə riayət etməsi, namizədlərin lehinə və ya əleyhinə təbliğatın aparılmasında qanunun tələblərinin qorunması, məlumatların tərəfsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırılması kimi məsələlərə diqqət yetirmək və nəticələr barədə cəmiyyətə ətraflı məlumat verməkdən ibarətdir", - deyə bazar ertəsi Trend -a "İnkişaf" Sosial-İqtisadi Araşdırmalar Mərkəzindən verilən məlumatda bildirilir.

Monitorinq "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" ilə birgə avqust ayının 1-dən 31-dək keçiriləcək və monitorinqi keçirilən qəzetlər seçilmə yolu ilə müəyyənləşdiriləcək. Monitorinq bu sahədə ixtisaslaşmış yüksək səviyyəli ekspertlər və hüquqşünaslar tərəfindən aparılacaq.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti