...

Azərbaycanın "Xəzər-Lənkəran" klubunda ciddi dəyişikliklərin baş verməsi mümkündür - baş məşqçi

Cəmiyyət Materials 5 Avqust 2008 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubunun türkiyəli baş məşqçisi Rasim Kara hesab edir ki, keçmiş komandası olan "Qarabağ"a heç bir borcu yoxdur. "Həm mən, həm də köməkçilərim "Qarabağ" üçün əlimizdən gələni etdik. Mənim bu kluba bir qəpik də borcum yoxdur", çərşənbə axşamı Trend -a Kara deyib.

Trend -un arayışı: Türkiyəli baş məşqçi bir neçə gün əvvəl gözlənilmədən "Qarabağ"dan ayrılaraq, "Xəzər-Lənkəran" klubu ilə müqavilə bağlayıb. Onun bu addımı "Qarabağ" klubunun rəhbərliyinin narazılığına səbəb olub. Karanın Premyer-Liqanın başlamasına az qalmış bu addımı atmasını düzgün saymayan "Qarabağ" klubu ondan FİFA, UEFA və AFFA-ya şikayət edib. "Qarabağ" türkiyəli baş məşqçinin kluba maddi və mənəvi zərbə vurduğunu iddia edərək, ondan bir milyon dollar təzminat tələb etmək niyyətindədir.

Kara bildirib ki, "Xəzər-Lənkəran"da ciddi dəyişikliklərin baş verməsi mümkündür. "Futbolçulardan Elmar Baxşiyev artıq komandamızdan kənarlaşdırılıb. Daha bir neçə oyunçunun getməsi mümkündür", - deyə baş məşqçi əlavə edib.

"Xəzər-Lənkəran"ın transferə çıxardığı Baxşiyevin, "Qarabağ" klubu ilə müqavilə bağlayacağı gözlənilir.

Baş məşqçi deyib ki, "Xəzər-Lənkəran"a Türkiyədən yeni futbolçuların dəvət olunması variantı var: "Məndən əvvəl kluba Portuqaliyadan, Rumıniyadan və başqa ölkələrdən futbolçular dəvət olunub. Ola bilər ki, çempionat başlayana kimi "Xəzər-Lənkəran"a Türkiyədən də bir neçə futbolçu gəlsin".

Futbol üzrə Azərbaycan Premyer-Liqası avqust ayının 9-da başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti