...

Azərbaycanın "Xəzər-Lənkəran" klubu braziliyalı futbolçu ilə yeni müqavilə bağlayıb

Cəmiyyət Materials 20 Avqust 2008 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubu Braziliyadan olan futbolçusu Mario Souza ilə yeni müqavilə bağlayıb. Bu barədə çərşənbə günü Trend -a "Xəzər-Lənkəran" klubunun mətbuat xidməti məlumat verib.

Trend -un arayışı: Braziliyalı futbolçu bir müddət əvvəl Özbəkistanın "Paxtakor" klubu ilə transfer danışıqları aparmışdı. Souza bu addımı "Xəzər-Lənkəran"dan xəbərsiz atdığı üçün, klub rəhbərliyinin narazılığına səbəb olmuşdu. "Paxtakor"a keçidi baş tutmayan futbolçu yenidən "Xəzər-Lənkəran"da oynamaq istədiyini bildirib.

Məbuat xidmətinin məlumatına görə, braziliyalı oyunçu "Xəzər-Lənkəran"la iki illik müqavilə bağlayıb.

"Xəzər-Lənkəran" komandasının baş məşqçisi türkiyəli Rasim Karadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti