...

Azərbaycan 2020-ci ildə keçiriləcək Olimpiadanı qəbul etmək üçün namizədliyini irəli sürəcək

Cəmiyyət Materials 3 Sentyabr 2008 14:17 (UTC +04:00)
Azərbaycan 2020-ci ildə keçiriləcək Olimpiadanı qəbul etmək üçün namizədliyini irəli sürəcək

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan 2020-ci ildə keçiriləcək Olimpiadanı qəbul etmək üçün namizədliyini irəli sürəcək. Bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Trend -un arayışı: Azərbaycan 2016-ci ildə keçriləcək Olimpiadaya ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü. Amma Yunanıstanın paytaxtı Afinada keçirilən toplantıdan sonra Azərbaycanın 2016-cı il Olimpiadasını qəbul etməyəcəyi məlum olub.

Rəhimov bildirib ki, Pekin Olimpiadasında iştirak edən azərbaycanlı idmançıların bir çoxu ilə bağlı proqnozları özünü doğrultmayıb. "Mən güləşçi Rövşən Bayramovun gümüş yox, qızıl medal qazanacağını gözləyirdim. Elnur Məmmədlinin isə olimpiya çempionu olacağını gözləmirdim. Amma Elnur sonda qızıl medal qazandı. Boksda Samir Məmmədovun medal qazanacağına da inamım böyük idi", - deyə nazir əlavə edib.

Azərbaycan Pekin Olimpiadasında yeddi medal qazanıb. Bunlardan biri qızıl, ikisi gümüş, dördü isə bürünc medaldır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti