...

Azərbaycan aktyorunun oğlu 6 il iş aldı

Cəmiyyət Materials 5 Sentyabr 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir S.Kazımlı/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun soyğunçuluqda günahlandırılan oğluna cümə günü məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrumetmə cəzası verilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Emil Rəhmanov həmçinin 3 min manat məbləğində cərimələnib.

Rəhmanov Bakının Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb.

Rəhmanov 2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olub.

Hazırda Azərbaycan incəsənətində və şou-biznesində tanınan Arif Quliyevin oğlu Fərid Quliyev, İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Rəqsanə İsmayılovanın bacısı Ellada İsmayılova həbsdədirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti