...

Gürcüstan Azərbaycanlıları Konqresi ölkə rəhbərliyini təbii fəlakətdən zərər çəkmiş azərbaycanlılara yardım göstərməyə çağırır

Cəmiyyət Materials 22 Sentyabr 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbir C.Babayeva/ Gürcüstan Azərbaycanlıları Konqresi (GAK)  ölkə rəhbərliyini təbii fəlakətdən zərər çəkmiş azərbaycanlılara yardım göstərməyə çağırır

Gürcüstanda baş verən daşqın nəticəsində, azərbaycanlıların yaşadığı Qardabani rayonunun Qaçiani kəndi ciddi problemlərlə qarşılaşıb. Qaçiani kəndini tamamilə su basıb, 8 min ev su altında qalıb, - bazar ertəsi GAK-dan  Trend -a bildiriblər.

Dünən daşqın nəticəsində Gürcüstanda ən azı 8 nəfər həlak olub. Ölkənin paytaxtı Tbilisinin küçələrini su basıb.

GAK-ın məlumatına əsasən, fəlakət nəticəsində Qardabani yaxınlığında "Lilo" ticarət mərkəzində çalışan 2 min azərbaycanlıya zərər dəyib.

GAK təəssüf edir ki, nə Gürcüstan hakimiyyəti, nə də rayon rəhbərliyi Qaçiani kəndində yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmır.

Qeyri-rəsmi məlumatlara əsasən, Gürcüstanda təxminən 500 min azərbaycanlı yaşayır və onlar, əsasян Kvemo-Kartli (Borçalı" rayonunda məskunlaşıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti