...

"Neftçi" futbol komandası MOİK-in qapısından  5 top keçirdi

Cəmiyyət Materials 5 Oktyabr 2008 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı 5 oktyabr / Trend / Azərbaycan futbol çempionatının növbəti turunda, bazar günü keçirilən oyunda flaqman "Neftçi" komandası Mərkəzi ordu idman futbol klubu (MOİK) üzərində 5:0 hesabı ilə qələbə qazandı.

Hesab oyunun 1-ci hissəsinin sonunda, 47-ci dəqiqədə Ali Cansunun zərbəsi ilə açıldı.

Fasilədən dərhal sonra, 2-ci hissənin ilk dəqiqəsində "Neftçi" komandasının  oyunçusu Dmitri Kruqlov MOİK-in qapısından 2-ci qolu keçirdi.

"Neftçi"nin Braziliyalı oyunçusu Joze Karlos oyunun 67-ci dəqiqəsində 3-cü top,ondan dərhal sonra gənc futbolçu Araz Abduallayev isə 4-cü topu gerçəkləşdirdilər.

Sonuncu qələbə topunu oyunun 2-ci hissəsində meydana daxil olan Elmar Baxşıyev qapıdan keçirdi.

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti