Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Dələduzluqda günahlandırılan azərbaycanlı qadınlara hökm oxunub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çərşənbə axşamı keçirilən iclasda ayrı-ayrı vətəndaşları aldadaraq onların külli miqdarda pulunu mənimsəmiş 5 qadın cəzalandırılıb.
Ötən il dekabrın 15-də həbs olunmuş Mətanət Məmmədova, Afaq Dadaşova, Faizə Məlikova, Ülviyyə Bağırova və Firəngiz Məmmədova vətəndaşların pullarını Beynəlxalq banka qoymaq adı ilə aldadarq alıb və pulları banka keçirmək barədə onlara saxta sənədlər təqdim ediblər.
Cinayət Məcəlləsinin dələduzluq (178-ci), rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1), özbaşınalıq (322) maddələri ilə məhkum olunan Məlikovaya 8 il 3 ay azadlıqdan məhrumetmə, Məmmədovaya 4, digərlərinə isə 5 il şərti cəza verilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]