...

Istanbulda müsəlman ölkərinin ticarət -sənaye sərgisi təşkil olunacaq

Cəmiyyət Materials 17 Oktyabr 2008 16:11 (UTC +04:00)

Oktyabrın 23 -26 da Türkiyənin İstanbul şəhərində müsəlman ölkələrinin ticarət - sənaye sərgisi təşkil olunacaq. Bu barədə Türkiyənin "Haber7" informasiya agentliyi məlumat verib.

Tədbirin məqsədi müsəlman ölkələri arasındakı iqtisadi əməkdaşlığı və ticarət dövriyyəsini artırmaqdır. Sərgidə 61 ölkədən 2 mindən çox bizensmen iştirak edəcək. 400 Türkiyə və 100 xarici şirkət də sərgidə iştirak edəcək. Sərginin keçiriləcəyi günlərdə 4 milyard dollar həcmində ticarət müqavilələrinin imzalanacağı gözlənilir. Burada 18 ölkədən 24 nazir iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti