Azərbaycan, Bakı, 19 oktyabr/ Trend , müxbir R.Ergün/ Bu gün Lənkəranda Azərbaycan Premyer-Liqasının 8-ci tur çərçivəsində "Xəzər-Lənkəran" və "Neftçi" klubları qarşılaşıb. İvan Sveçkovun və Rəşad Abdullazadənin vurduqları qollar sayəsində "Xəzər-Lənkəran" 2:0 hesabı ilə qələbə qazanıb.
Premyer-Liqanın ən prinsipial bu görüşünü 10 mindən artıq azarkeş izləyib.
Bu qələbədən sonra "Xəzər-Lənkəran" turun cədvəlində liderliyini qoruyub.
Turun bu gün keçirilən digər iki oyunlarında isə "İnter" - MOİK 2:0, "Simurq" - "Bakılı" 2:0 hesabı ilə başa çatıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]