...

Azərbaycanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti Müslüm Maqomayev ilə vida mərasimində iştirak üçün Moskvaya yola düşüb

Cəmiyyət Materials 27 Oktyabr 2008 13:46 (UTC +04:00)
Azərbaycanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti  Müslüm Maqomayev ilə vida mərasimində iştirak üçün Moskvaya yola düşüb

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti Çaykovski adına konsert zalında keçiriləcək Müslüm Maqomayev ilə vida mərasimində iştirak etmək üçün bazar ertəsi Moskvaya yola düşüb. Bu barədə Trend -a Nazirlər Kabinetindən bildiriblər.

Nümayəndə heyətinə Azərbaycan hökuməti Baş nazirinin müavini vəzifəsini icra edən Elçin Əfəndiyev rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın görkəmli incəsənət xadimləri - Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Eldar Quliyev və başqaları daxildir.

Azərbaycanın Rusiyadakı səfirliyindən Trend -a bildiriblər ki, Maqomayev ilə vida mərasimindən sonra müğənninin cənazəsi günün ikinci yarısında xüsusi reys ilə Bakıya göndəriləcək. Mərhum oktyabrın 29-da Bakıda Fəxri xiyabanda dəfn olunacaq.

Maqomayev oktyabrın 24-dən 25-nə keçən gecə 67 yaşında ürək dayanması nəticəsində vəfat edib. Son illər o, ürək çatışmazlığından əziyyət çəkirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti