Azərbaycan, Lənkəran, 29 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın Lənkəran şəhərindəki (paytaxt Bakıdan 270 kilometr cənubda) Təhsil İdman Mərkəzinin nəzdində qızlardan ibarət sərbəst güləş bölməsi yaradılıb. Bu barədə çərşənbə günü Trend -a Təhsil İdman Mərkəzinin direktoru Fəraqət Cəlalov məlumat verib.
Cəlalovun verdiyi məlumata görə, güləş bölməsi Azərbaycan Güləş Federasiyasının təşəbbüsü ilə yaradılıb.
Məşqçi Azər Cəlalov isə bildirib ki, bölməyə 10-16 yaş aralığında 25 qız cəlb olunub. Onun dediyinə görə, başqa rayonlarda da belə bölmələr təşkil olunarsa, gələcəkdə bölmələr arasında yarışlar keçirmək olar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]