...

Azərbaycan gimnastı Bratislavada keçirilən Qran-Prinin final oyununda 5 - ci yeri tutub

Cəmiyyət Materials 10 Noyabr 2008 20:17 (UTC +04:00)

Azerbaycan, Bakı, 10 noyabr / Trend / Azərbaycan gimnastı Zeynəb Cavadlı ötən həftənin sonunda Bratislavada keçirilən Qran-prinin final oyununda 5 - ci yeri tutub. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, o, finalda qurşaqla 16.425 bal toplamaqla, israilli İrina Risenzonu və avstriyalı Karolin Veberi geridə qoyaraq, bu nəticəni göstərib.

Finalda iplə hərəkətlərlə atmaqla Zeynəb hakimlərdən 15:8 bal qazanıb və yeddinci olub. İdmanın müxtəlif növləri üzrə mütləq yarışlarda Cavadlı 61.8 balla səkkizinci yeri tutub.

Başa çatan Qran - Pri seriyasının qalibi rusiyalı gimnast Olqa Kapranova olub.

Slovakiya paytaxtında Avropa qitəsi sakinlərinə 2008 Qran-Prisinin qalibi məlum olub, İtaliyanın klub çempionatında isə, ginmast karvanı A1 seriyası üzrə ikinci turun keçirilməsi üçün Destio şəhərinə gəlib.

Anna Qurbanovanın Komonu təmsil edən "Komense-1872" klubu hesabat turunda dördüncü yeri tutaraq mövqeyinə düzəliş edib. O, iki dəfə: halqa (17.4) və gürzlə (16.55) xalça üzərinə çıxıb, amma birinci tapşırığın göstəricisi həm komandada, həm də bu növ üzrə rəqibləri arasında ən yüksək nəticə göstərib.

Qurbanovadan fərqli olaraq, Paduinin "Ardor" klubunun şərəfini qoruyan Aliyə Qarayeva, təkcə gürzlərlə çıxış edib - 17.425. Bu bal komandada ən yüksək, ukraynalı Anna Bessonovadan sonra ikinci göbstərici olub. Beləliklə, onun klubu hələlik doqquzuncu sırada qərarlaşıb. Birinci yeri Bessonovanın rəhbərlik etdiyi Qallaratedən olan "Virtus" klubu tutur. Çempionatın üçüncü, finalöncəsi turu noyabrın 22 - də, Ad Aretstsoda keçiriləcək.

Noyabrın 15 -16 - da isə, Bakıda XV Azərbaycan birinciliyi və bədii gimnastika üzrə şəhər çempionatı keçiriləcək. Paytaxtdakı İdman - Olimpiya Kompleksində keçiriləcək yarışlarda 80 gimnast, o cümlədən Gəncədən olan 8 qız iştirak edəcək. Qaliblər və mükafatçılar dörd yaş qrupu (1993-19 95, 1996, 1997-1998, 1999-2001) üzrə müəyyən olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti