Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər -Lənkəran" futbol klubu Türkiyənin tanınmış məşqçilərindən olan Ərtoğrul Sağlama baş məşqçi vəzifəsində işləmək təklifi ilə müraciət edib. Bu barədə Trend - a kluba yaxın mənbə məlumat verib.
Mənbəin məlumatına görə, komanda "İnter"ə 2 :4 hesabı ilə məğlub olandan sonra, "Xəzər -Lənkəran" ın fəxri prezidenti Mübariz Mənsimov, , Sağlama baş məşqçi işləməyi təklif edib.
Azərbaycan Premyer-Liqasının 10 -cu turunda keçirilən oyunda "Xəzər-Lənkəran"ın "İnter"ə məğlub olması lənkəranlı azarkeşlər arasında böyük narazılıq yaradıb.
"Xəzər-Lənkəran"ın baş məşqçisi türkiyəli Rasim Karadır.
Türkiyənin məşhur "Beşiktaş" klubunun keçmiş futbolçusu və baş məşqçisi olmuş Sağlamın Azərbaycana gəlməklə bağlı təklifə hansı cavabı verdiyi məlum deyil.
Kluba yaxın mənbənin məlumatına görə, Mənsimov Sağlama "Xəzər-Lənkəran"da işləməsi üçün 1,5 milyon dollar təklif edib.
Sağlam hazırda heç bir klubda fəaliyyət göstərmir.
"Xəzər-Lənkəran" klubunun mətbuat xidmətindən bu barədə məlumat almaq mümkün olmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]