...

Azərbaycanın "Neftçi" klubuna polşalı qapıçı dəvət edilib

Cəmiyyət Materials 1 Dekabr 2008 11:23 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubuna polşalı qapıçı dəvət edilib

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu baxışa yeni qapıçı dəvət edib. Bu barədə bazar ertəsi Trend -a "Neftçi"nin mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətindən verilən məlumata görə, bu gün polşalı qapıçı Tomas Bobbel və irlandiyalı hücumçu Eamon Zayed baxışa gəliblər. Hər iki futbolçu ilə bağlı qərarı yaxın günlərdə "Neftçi"nin almaniyalı baş məşqçisi Hans Yurgen Gede verəcək.

Azərbaycan Premyer-Liqasının 13-cü turu çərçivəsində "Olimpik"ə 1:2 hesabı ilə məğlub olan "Neftçi"nin əsas qapıçısı Anar Nəzirovu transferə çıxarılıb.

Nəzirov son 4 turda buraxdığı ciddi səhvlərə görə, klubdan uzaqlaşdırılıb. "Neftçi" 13 xalla Premyer-Liqada 9-cu yeri tutur.

Mətbuat xidmətindən bildiriblər ki, bir neçə gün əvvəl baxışa gələn Petar Andorka bəyənilməyərək geri qaytarılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti