...

Kütləvi informasiya vasitələrinin vətəndaş cəmiyyətində rolu artmaqda davam edir və Azərbaycan buna bariz nümunədir – "Trend" İnformasiya Agentliyinin Baş direktoru

Cəmiyyət Materials 3 Dekabr 2008 17:46 (UTC +04:00)

Rusiya, Moskva, 03 dekabr/ Trend , müxbir R.Ağayev/ Bu gün kütləvi informasiya vasitələrinin vətəndaş cəmiyyətində rolu artmaqda davam edir və Azərbaycan buna bariz nümunədir. Bu fikri çərşənbə günü Moskvada başa çatan MDB ölkələrinin milli kütləvi informasiya vasitələri Forumunun yekunu üzrə Moskva - Bakı - Kişinyov-Yerevan videokörpüsündə Trend İnformsiya Agentliyinin Baş direktoru İlqar Hüseynov bildirib.

Hüseynovun qənaətinə görə, müasir Azərbaycanda həm vətəndaş cəmiyyəti, həm də kütləvi informasiya vasitələri intensiv inkişaf edir. "Xüsusilə də, Azərbaycanın kuütləvi informasiya vasitələri beynəlxalq səviyyəyə keçid, innovasiyaların əməli tətbiqinə üstünlük verilir və bu çox sevindiricidir", - deyə Trend İA -nın Baş direktoru qeyd edib.

Forum təşkilatçılarına - RİA - Novosti rəhbərliyinə və kollektivinə, MDB ölkələrinin dövlətlərarası humanitar əməkdaşlıq Fonduna minnətdarlığını bildirən Hüseynov Forumun yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyinivurğulayıb. Bu, onun fikrincə, Forumun baş tutduğunu cəsarətlə təsdiq etməyə imkan verir. "Forum kifayət qədər maraqlı keçdi, tədbirdə Rusiyanın nüfuzlu kütləvi informasiya vasitələrinin və ekspert cəmiyyəti nümayəndələrinin bir sıra maraqlı çıxışları oldu ki, bu da problemlərin müzakirəsinə xüsusi ton verdi və səviyyəsini müəyyən etdi.

Onun sözlərinə görə, RİA - Novosti tərəfindən təşkil olunan bu meydan fikir mübadiləsi, fəaliyyətə hər hansı bir yenilik daxil etmək və ümumiyyətlə, ünsiyyət üçün əlavə imkanlar yaratdı ki, bu da, şübhəsiz, inkişaf prosesinin mühüm aspektidir. "Mən özüm üçün bu Forumdan xeyli maraqlı və faydalı nüanslar əldə etdim və ümid edirəm ki, bizlərdən hər birimiz yeni, maraqlı bir şey götürəcəyik ki, bu da kütləvi informasiya vasitələrimizin inkişafınakömək edəcək", - deyə Trend in Baş direktoru İlqar Hüseynov yekunlaşdrıb.

Xəbər lenti

Xəbər lenti