...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi Almaniyaya gedib

Cəmiyyət Materials 11 Dekabr 2008 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov Almaniyaya işgüzar səfərə gediblər. Bu barədə Trend -a AFFA-nın mətbuat xidməti məlumat verib.

AFFA rəsmilərinin Almaniyaya səfərə çıxmasında məqsəd Nürnberq şəhərindəki Futbol Akademiyasının iş prinsipi ilə tanışlıq, akademiyada tətbiq edilən tədris sistemini öyrənməkdir.

AFFA rəsmiləri Almaniyada olduqları müddətdə Nürnberq Futbol Akademiyasının rəhbərliyi ilə əməkdaşlıqla bağlı danışıqlar aparacaqlar.

Bir müddət əvvəl Məmmədov İsveçrədə fəaliyyət göstərən Futbol Akademiyasının iş prinsipləri ilə tanış olmaq üçün bu ölkəyə də səfər etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti