...

Azərbaycanın ali məktəblərinə qeyri -qanuni tələbə qəbulu problemi həll edilməmiş qalır – Dövlət Komissiyasının sədri

Cəmiyyət Materials 11 Dekabr 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan qanunsuz tələbə qəbuluna görə, Azərbaycan Beynəlxalq Universiteti liderdir.

"Cari ildə aşkar olunub ki, Azərbaycan Beynəlxalq Univeristetini Dövlət Komissiyasının imtahanından keçməyərək ali məktəbə daxil olmuş 118 bakalavr bitirib", - TQDK-nın sədri Məleykə Abbaszadə cümə axşamı jurnalistlərə bildirib.

Nazirlər Kabinetinin 1997-ci il 11 oktyabr tarixli 204 saylı qərarına əsasən, Azərbaycan Beynəlxalq Universiteti dövlət qeydiyyatından keçib və özəl ali təhsil müəssisəsi statusunu alıb. Universitet Ədliyyə Nazirliyindən 1997-ci il 7 noyabr tarixli 15 saylı şəhadətnamə və Təhsil Nazirliyindən 48-11-4058/16 saylı lisenziya alıb.

Bu il aşkar olunub ki, Azərbaycan Beynəlxalq Univeristetində qanun pozuntularına yol verilib. Belə ki, bu gün universitetin ən azı 90 tələbəsi diplom ala bilmir. Tələbələrin valideynləri  bu problemi həll etmək tələbi ilə dəfələrlə təhsil naziri, nazirliyin digər rəhbər şəxsləri ilə görüşlər keçiriblər. Təhsil Nazirliyi hesab edir ki, Azərbaycan Beynəlxalq Universitetində tələbələr  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarını vermədən təhsil alırlar və bu da diplom verilməsində problemlər yaradır.

Abbaszadə bildirib ki, sorğuya əsasən, bu il İdman və Bədən Tərbiyəsi Akademiyasını Dövlət Komissiyasından  xəbərsiz qəbul olunmuş 21 bakalavr bitirib. Kooperasiya İnstitutunda bu göstərici19, Bakı Dövlət Universitetində 1 bakalavrdır.

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbələrin komissiyanın imtahanını vermədən ali təhsil mətkəbinə qəbul edilməsinə görə heç bir məsuliyyət daşımır və belə hallar la bağlı bütün zəruri məlumatı hökumətə göndərir", - Abbaszadə deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti