...

Azərbaycanda narazılıq yaratmaq istəyən xarici qüvvələr Əbu Bəkr məscidinin açılmasına imkan vermirlər - məscidin imamı

Cəmiyyət Materials 17 Dekabr 2008 14:31 (UTC +04:00)
Azərbaycanda narazılıq yaratmaq istəyən xarici qüvvələr Əbu Bəkr məscidinin açılmasına imkan vermirlər - məscidin imamı

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtında, partlayış baş verəndən sonra bağlanılan Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov hesab edr ki, bəzi daxili və xarici qüvvələr məscidin açılmasına imkan vermirlər. "Həmin qüvvələr ölkədə dini müstəvidə narazılıq yaratmaq istəyirlər", - bu barədə çərşənbə günü Trend - a Hacı Qamət Süleymanov bildirib.

Trend - un arayışı: Bu ilin avqustun 17-də, təqribən saat 20.50-də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidinə naməlum şəxsin atdığı əl qumbarası partlayıb , iki nəfər hadisə yerində ölüb, 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar Əbu Bəkr məscidində təxribat təhlükəsinin olması barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

Məsələ yenidən Nərimanov rayon Məhkəməsində araşdırılır.

Süleymanov qeyd edib ki, həmin qüvvələr hakimiyyətə qarşı narazılıq yaratmaq istəyirlər.

"Müəyyən qüvvələr yaranmış vəziyyətdən sui-istifadə edirlər və cəmiyyətdə narazılıq yaratmağa çalışırlar. Biz buna imkan vermək istəmirik və hesab edirəm ki, onların planları baş tutmayacaq", - deyə o əlavə edib.

Süleymanov həmin qüvvələrin kimlərdən ibarət olduğunu açıqlamayıb.

Onun sözlərinə görə, icma üzvlərinin müxtəlif məscidlərdə ibadət etmələrində problemlər yaranıb.

"Çünki məscidlərdə sıxlıqdır. Bəzi məscidlərdə həyətdə namaz qılmağa imkan vermirlər. Ona görə də, dindarlar arasında vəziyyət yaxşı deyil və ciddi narazılıq var. Kimlərsə məscidin açılmasına imkan verməsə, sona qədər mübarizə aparacağıq" - deyə məscidin imamı vurğulayıb.

Süleymanov bildirib ki, hüquq - mühafizə orqanları onun məscidə daxil olmasına icazə veriblər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti