...

Azərbaycanın şimalı güclü qar yağması nəticəsində iflic olub

Cəmiyyət Materials 20 Dekabr 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr/ Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimal bölgəsində yerləşən Xaçmaz rayonu yağan güclü qar nəticəsində iflic olub.

Şənbə günü səhər saatlarından  başlayaraq, Xaçmaz rayonu ərazisinə güclü qar yağır. Bir neçə saat ərzində qarın hündürlüyü 10 sm-ə çatıb.

Bir neçə gün əvvəl rayona verilən mavi yanacağın həcmi azaldılıb. Gün ərzində 380 min kubmetr qaz alan rayona 260 min kubmetr qaz verilir. Xaçmaz rayon qaz idarəsinin rəisi Azad Yaqubov Trend -a bildirib ki, havaların şaxtalı keçməsi ilə əlaqədar "Azəriqaza" qazin həcminin artırılması ilə bağlı müraciət olunub.

Rayona verilən qazın həcminin azalması ilə bağlı elektrik enerjisinə tələbat artıb və hədddən çox yüklənmiş bir sıra eıektrik avadanlıqları (transformatorlar) sıradan çıxıb və  bəzi yaşayış məntəqələri işıqsız qalıb.   Xaçmaz regional elektrik şəbəkə idarəsinin rəisi Mustafa Rəsulov problemin aradan qaldırılması isiqamətində tədbirlərin ğörüldüyünü bildirib. 

Quba hidrometereologiya mərkəzindən verilən məlumata görə, ən çox yağıntı Qubanın Qrız kəndinə düşüb.

Quba və Qusarın əksər kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Burada qarın hündürlüyü 16 sm, temperatur göstəricisi -17 dərəcə olub.

Ölkənin şimal regionuna güclü qar yağmaqda davam edir. 

Azərbaycanın Quba rayonu paytaxt Bakıdan 160 km, Xaçmaz rayonu 151 km şimalda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti