...

Belçikalı məşqçi azərbaycanlı voleybolçunun çıxış etdiyi Türkiyə klubu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 6 Yanvar 2009 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar/ Trend , müxbir R.Ergün/ Belçikalı Jan De Brandt Azərbaycanın voleybol üzrə yığma komandasının liberosu Valeriya Korotenkonun çıxış etdiyi Türkiyənin "Fənərbaxça Acıbadem" klubunun baş məşqçisi təyin olunub. Bu barədə Türkiyə mətbuatı xəbər verib.

Bir neçə gün əvvəl Üzeyir Ozdurak "Fənərbaxça Acıbadem" komandasının baş məşqçi vəzifəsindən istefa verib. Onun istefasının səbəbi kimi komandanın son vaxtlar uğursuz çıxış etməsi göstərilib.

Jan De Brandt "Fənərbaxça Acıbadem" klubundan əvvəl İspaniyanın "Tenerife" komandasının baş məşqçisi olub.

Türkiyə mətbuatı voleybol klubu ilə yeni baş məşqçi arasında neçə illik müqavilə bağlanması barədə məlumat verməyib.

Korotenko əvvəllər Bakının "Azərreyl" klubunda çıxış edib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti