...

Şəkidə 20 Yanvara həsr olunan idman yarışlarından biri başa çatıb

Cəmiyyət Materials 19 Yanvar 2009 11:57 (UTC +04:00)

Azərbaycan, Şəki, 19 yanvar/ Trend , müxbir X.Əkbərova/ Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan atıçılıq idman növü üzrə şəhər çempionatı başa çatıb.

Şəki şəhərinin Gənclər və  İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 7 komanda mübarizə aparıb.

Yarışda Şəki Pedaqoji Texnikumunun komandası daha uğurlu çıxış edərək, həm oğlanların, həm də qızların mübarizəsində çempionatın qalibi olub.

Yanvarın 19-da Şəkidə daha bir yarış - taekvondo üzrə turnir başlayacaq.

Şəki Azərbaycanın şimal-qərbində, paytaxt Bakıdan 352 km məsafədə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti