...

Məşhur belaruslu müğənni yubileyini Bakıda qeyd edəcək

Cəmiyyət Materials 21 Yanvar 2009 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend Life, müx. Eldar Hüseynzadə/ Məşhur belaruslu opera müğənnisi Tatyana Tretyak yanvarın 31-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Trubadur" (Cüzeppe Verdi) tamaşasında Leonoranın partiyasını ifa edəcək. Bu il müğənni öz yaradıcılıq fəaliyyətinin 20 illik yubileyinin qeyd edir. Məhz "Trubadur"da o, 2001-ci ildə təsadüfən opera ifaçısı kimi debüt edib. Buna qədər o, Belarus Dövlət Konservatoriyasının pianoçusu kimi tanınırdı. Leonoranın partiyasını isə ilk dəfə İsveçrədə 2001-ci ildə ifa edib. Orada o, xəstələnmiş dünya səviyyəli opera müğənnisi Mişel Krayderi "Trubadur" tamasında əvəzləyib. Bundan sonra eyni partiyanı Tretyak Almaniyada ifa edib. Yalnız bundan sonra o, bunu vətəni Belarusda etməyə nail olub.

Hazırda Tretyak - Belarus Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Belarus respublikasının əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatıdır. O, tembrinin gücü və gözəlliyinə görə unikal səs sahibi, Avropanın aparıcı opera teatrlarında ən çox tələb olan müğənnilərdən biridir. Tretyak böyük uğurla Almaniya, Finlandiya, Çexiya, İspaniya və İtaliyada qastrollarda olub.

"Trubadur"dakı digər baş rolları Həsən Enami (Manriko) və Əvəz Abdullayev (Qraf de Luna) ifa edəcəklər. İlk dəfə Azuçenanın partiyasını teatrın gənc solisti Səbinə Vahabzadə, Fernandonu isə Anton Ferştandt ifa edəcək. Tamaşanın dirijoru - xalq artisti Cavanşir Cəfərovdur.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti