...

Özünü doğrulda bilməyən kitabxanalar birləşəcək - Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi

Cəmiyyət Materials 22 Yanvar 2009 15:26 (UTC +04:00)
Özünü doğrulda bilməyən kitabxanalar birləşəcək - Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir V.Məmmədova/ Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bəyan edib ki, özünü doğrulda bilməyən kitabxanalar birləşəcək.

"Kitabxanalar bağlanmır, özünü doğrulda bilməyən, oxucu cəlb edə bilməyən və yaxud etmək istəməyən kitabxanalar birləşəcək", - cümə axşamı Trend -a Mədəniyyət və Turizm Nazirliyinin  Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova məlumat verib.

Trend News-un arayışı: Azərbaycanda nazirliyin nəzdində 3800 kitabxana və kitabxana filialı var. Onlardan 74-ü paytaxtda fəaliyyət göstərir.

Azərbaycan prezidenti 20 aprel 2007-ci ildə Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında Sərəncam verib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabxanalarının informasiya inkişafi və modernləşdirilməsi (2008-2013-ci illər üçün) dövlət proqramı hazırlanb və həyata keçirilir.

Məmmədova deyib ki, Azərbaycanda mərkəzləşdirilmiş kitabxanalar, müasir mədəniyyət mərkəzləri yaranacaq. Kəndlərdə isə yeni metod tətbiq olunaraq model kənd kitabxanaları yaradılacaq.

Onun sözlərinə görə, nazirliyin nəzdində olan kitabxanaların avtomatlaşdırılmasında nəzərəçarpacaq qədər işlər görülür.

"Bu gün bizdə də bütün dünyada olduğu kimi əsas problem oxucu problemidir və kitabxanalar da oxucu cəlb etmək üçün yeni metodlardan istifadə edirlər. Bunu bacarmayan kitabxanaların taleyi isə sual altındadır. Əgər onlar öz piarları ilə məşğul ola bilmirlərsə, o qədər dövlət vəsaitini havaya sovurmaq olmaz. Bura əsasən kiçik kitabxanalar, kitabxana filialları və statistik rəqəmləri cox aşağı səviyyədə olan kitabxanalar daxildir. Statistik göstəricilərə əsasən, əgər bir kitabxanaya il ərzində 10 nəfər gəlirsə, deməli bu kitabxana yaxşı işləmir və ona ehtiyac yoxdur", - Məmmədova əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti