...

"Bakı" klubunun keçmiş futbolçusu Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak etməyəcək

Cəmiyyət Materials 23 Yanvar 2009 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan milli komandasının üzvü Anatoli Ponomaryov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, futbolçu hansısa klubun düşərgəsində olduğu üçün milli komandanın hazırlığında iştirak etməyəcək.

Ponomaryovun baxışda olduğu klub barədə məlumat verilməyib.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Ponomaryovun Azərbaycanda formasını geyindiyi sonuncu klub "Bakı" olub.

Milli komandanın Dubayda keçirəcəyi təlim-məşq toplanışı yanvarın 27-də başlayacaq və fevralın 12-dək davam edəcək.

Azərbaycan millisinin baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti