...

Azərbaycanın olimpiya mükafatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

Cəmiyyət Materials 2 Fevral 2009 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend News, müxbir R.Ergün/ Azərbaycanlı yunan-roma güləşçisi Rövşən Bayramov Fransada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb. Bu barədə Trend -a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Bayramov medalı 60 kq çəki dərəcəsində mübarizə aparmaqla qazanıb.

Azərbaycanlı idmançı 2008-ci ildə keçirilən Pekin Yay Olimpiadasında 55 kq çəki dərəcəsində mübarizə apararaq, gümüş medal qazanmışdı.

Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandasının Fransadakı turnirdə qazandığı medalların ümumi sayı 9 olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti