...

Dövlət ittihamçısı Azərbaycanda iş adamının qətlində təqsirləndirilənlərin hər birinə 15 il iş istəyib

Cəmiyyət Materials 19 Fevral 2009 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Dövlət ittihamçısı bərdəli iş adamı Rza Təhməzovun qətlində təqsirləndirilənlərin hər birinə dövlət ittihamçısı 15 il iş istəyib.

Bərdədəki "Qarabağ" restoranının müdiri Təhməzov ötən il oktyabrın 1-də Bərdədə evinin yaxınlığında qətlə yetirilib.

Onun qətlində şübhəli bilinən Şəmkir şəhər sakinləri Akif Gülməmmədov və Ceyhun Əliyev hadisədən bir gün sonra saxlanılaraq barələrində ittiham elan olunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çərşənbə axşamı keçirilən iclasda çıxış edən dövlət ittihamçısı təqsirləndirilənlərin cinayətlərinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib və onların hər birinə 15 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Onun çıxışından sonra vəkillər müdafiə çıxışı ediblər.

Proses sabah təqsirləndirilənlərin son sözü ilə davam edəcək.

Mərhumun qohumları qətlin əsl sifarişçilərinin azadlıqda olduğunu iddia edirlər. Mərhumun valideynlərinin dediyinə görə, Təhməzov tanınmış iş adamı və hazırda Stavropol vilayətində bizneslə məşğul olan Xəlil İbrahimov, onun qohumları Habil və Abbas Əliyevlərin sifarişi ilə qətlə yetirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti