...

Azərbaycanlı şahmatçı "Linares" superturnirində heç-heçə edib

Cəmiyyət Materials 2 Mart 2009 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir S.Aslanov /

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada keçirilən "Linares" superturnirinin 8-ci turunda heç-heçə edib.

Rəcəbov hindistanlı Vişvanatan Anandla görüşdə xalları yarı bölüb.

Hazırda hesabında 3 xal olan azərbaycanlı qrossmeyster çinli Van Yu ilə 7-8-ci yerləri bölüşür.

Rusiyalı Aleksandr Qrişuk 5.5 xalla liderdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti