...

Gürcüstan kəndindəki azərbaycanlı ailələr Gürcüstanla Strasburq Məhkəməsində çəkişəcəklər

Cəmiyyət Materials 16 Mart 2009 13:39 (UTC +04:00)
Gürcüstan kəndindəki azərbaycanlı ailələr Gürcüstanla Strasburq Məhkəməsində çəkişəcəklər

Gürcüstan, Tbilisi, 16 mart / Trend , müxbir N.Kirtsxaliya / 

Gürcüstanın Qardabani rayonunun Candar kəndində yaşayan 21 azərbaycanlı ailə Avropa Məhkəməsində yerli idarə orqanlarına qarşı iddia qaldırmaq niyyətindədir, - gürcü "Versiya" qəzeti yazır.

Söhbət yerli azərbaycanlılar tərəfindən 49 il müddətinə icarəyə götürülmüş torpaq sahəsindən gedir. 2004-cü ildə ölkədə hakimiyyətin dəyişməsindən sonra onlara müqavilənin tərtib olunmasında ötən rəhbərlik tərəfindən səhvə yol verildiyi deyilərək, torpaqları əllərindən alınıb.

Qəzetin yazıdğına görə, iki gün əvvəl yerli sakin Camal Musayevi Gürcüstanı tərk etməyəcəyi halda həbslə hədələyiblər. Musayevin sözlərinə görə, alınmış torpaq sahələri "yerli rəhbərlik və polislə sövdələşmədə olan" bir neçə azərbaycanlıya verilib.

Qeyri-rəsmi infomasiyaya görə, Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Onlar əsasən Kvemo-Kartli (Borçalı) rayonunda məskunlaşıblar.

Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, ana dilində təhsil, torpaq sahələrinin əldə edilməsi və dövlət orqanlarında yüksək vəzifələrin tutulması ilə bağlı yaranan problemlərdən şikayətçidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti