...

1918-ci ildə Azərbaycana qarşı törədilən soyqırım Avropadakı inkvizasiyadan faciəvidir – AMEA-nın Tarix İnstitutunun direktoru

Cəmiyyət Materials 31 Mart 2009 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir E.Rüstəmov /

1918-ci ilin martında ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırım Avropada inkvizasiya və faşistlərin əməllərindən daha faciəvi hadisədir. Bu barədə çərşənbə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov elmi şuranın iclasında bildirib.

"Bu gün soyqırım qurbanlarının anım günüdür və dünyada yaşayan 60 milyon azərbaycanlının hamısı onları yad etməlidir", - deyə Mahmudov bildirib.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olublar.
Mahmudovun sözlərinə görə, bütün ölkədə bu soyqırımdan bəhs edən muzeylər yaradılmalıdır.

"Azərbaycanlılar Xalq Komissarlar Şurasının rəhbəri Şaumyanın sərəncamı ilə qətlə yetiriliblər. Məqsəd Azərbaycan əhalisini qədim torpaqlarından qovmaq olub", - deyə Mahmudov əlavə edib.

Mahmudov vaxtilə qətlə yetirilən azərbaycanlıların siyahısını tərtib edən Azərbaycan Demokratik Respublikası nümayəndələrinin rolunun mühüm olduğunu qeyd edib və bildirib ki, indi bunun sayəsində tarixçilər bu faktları araşdıra bilirlər.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixində XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinizminin izi görünür.
Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti