...

Böhran donuzun "vecinə deyil" - Trend News-un icmalçısı

Cəmiyyət Materials 29 Aprel 2009 13:43 (UTC +04:00)
Böhran donuzun "vecinə deyil" - Trend News-un icmalçısı

Polad Həmidov, Trend -un icmalçısı

"Donuz qripi" insanların diqqətini dünya maliyyə böhranından yayındıra bilərmi? İlk baxışdan H1N1 virusunun insandan insana keçmək xüsusiyyətinin olması haqda xəbər onsuz da pis vəziyyətdə olan dünya iqtisadiyyatının durumunu daha da çətinləşdirdi. ECU Group-un baş iqtisadçısı Nil Makkinnonun Associated Press agentliyinə dediyi kimi: "Dünyada maliyyə və iqtisadi böhranın üst-üstə düşdüyü bir zamanda bizə lazım olan ən sonuncu şey "donuz qripi" epidemiyası idi".

Əslində, ölümcül xəstəlik təhlükəsi qarşısında qorxu, maddi problemlərdən çəkinməni ikinci plana atır. Ancaq mütəxəssislərin proqnozlarına görə, virusun yayılması dünya iqtisadiyyatının hazırkı tənəzzül dövründən çıxış zamanını ertələyə bilər. Bu, artıq dünya bazarında taxılın qiymətini xeyli aşağı salıb.

Şər deməsən, xeyir gəlməz

Elə bil maliyyə böhranı ilə pandemiyanı müqayisə etmək düz deyil. Amma bu iki hadisəni birləşdirən bir şey var: problemin qlobal xarakterli olması - onlar hər bir insanın maraqlarına toxuna bilər və toxunur da. Maliyyə böhranı cibə ziyan vurursa, "donuz qripi" insanın həyatına təhlükə yaradır. Amerikan CNN telekanalı Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinə istinadən xəbər verir ki: "Pandemiya halında 7 milyona yaxın insan dünyasını dəyişə bilər, 30 milyon insan isə hospitallaşdırılacaq".

Dünyanın bütün aparıcı KİV-ləri "donuz qripi"nin yayılma mövzusuna diqqət çəkib. Beləliklə, hadisə də var, oxucusu da. Ustalıqla qurulmuş PR kampaniyanın fonunda pandemiya qorxusu bütün insanlığın diqqətini maliyyə böhranından yayındıra bilir və onu daha idarə olunan edir. ABŞ Prezidenti Barak Obamanın G20-nin sammitindəki sözlərini yada salaq: "Bu böhran bizim tərəfimizdən hələ də yaxşı öyrənilməyib və biz onun özünü bundan sonra necə aparacağını bilmirik".

Qripə qarşı vahid bəşəriyyət

Odur ki, bu qrip insanlığın, dünya maliyyə böhranının gerçəkləşməsinə mane olduğu, ümumbəşəri hökmranlıq arzusunu yerinə yetirə bilər. İnsanlıq yaşam üçün mübarizə aparır və bilir ki, buna yalnız ümumbəşər birlik sayəsində nail olmaq olar.

Ötən əsrin əvvəllərində ukraynalı filosof Nikolay Berdyayevin dediyi kimi: "Ümumbəşəri birlik və ümumbəşəri hökmranlıq arzusu - insanlığın tarixi arzusudur".

Hələ də genişlənməkdə davam edən cari maliyyə böhranı dünyəvi birlik, vahid dünya dövləti haqda arzunun həyata keçməsinə mane olur. Bu böhran elə bil insanlığın birliyini dağıdır, insanların dövlətlərə inamını azaldır. Amma bu yalnız ilk baxışdan belədir. Daha dərin baxış zamanı görmək olar ki, böhran Yer kürəsinin dünyəvi quruluşu məsələsini kəskinləşdirir, inkişaf etmiş ölkələrin geosiyasi təsir xəritəsini dəyişdirir.

Böhranın "sayəsində" insanlıq yeni tarixi mərhələyə, heç bir elmi proqnozlara, doktrina və təlimlərə uymadan hansısa böyük məchulluğa qədəm qoyub. Bu məchulluq dövründən çıxmağa isə indiyə qədər yalnız maddi problemlərlə dolu olan insan düşünücəsinin qlobal silkələnməsi yardımçı ola bilər. "Ölüm, ya qalım" məsələsi cəmiyyəti dəyərlərə yenidən nəzər salmağa vadar edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti