Azərbaycan, Bakı, 05 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan Beynəlxalq Universitetinin rektoru baş redaktora qarşı iddiasını geri götürmək barədə məhkəməyə müraciət edib. "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili Trend -a bildirib ki, çərşənbə axşamı Bakının Yasamal Rayon Məhkəməsində ABU-nun rektoru Elşad Abdullayevin ona qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə keçirilən prosesdə məhkəmə iddianı icraata qəbul etməyib.
Baş redaktor bildirib ki, məhkəmə iddiaçıların ərizəni geri götürmək barədə şikayətini nəzərə almayıb.
Trend -un arayışı: "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili aprelin 7-də Bakının Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. Məhkəmə Mərzlinin 1 il müddətinə azadlıqdan məhrum edilməsi, qəzetin əməkdaşı Zümrüd Məmmədovanın 6 ay müddətinə islah işləri cəzasına cəlb olunması barədə qərar qəbul edib.
Baş redaktora və qəzetin əməkdaşı Zümrüd Məmmədovaya qarşı Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev, ABU-nun birinci prorektoru Hüseyn Əhmədov, ABU-nun müəllimi Eldəniz Abdullayev və Bakı Şəhər Vergilər Departamentinin müfəttişi İslam Abdullayev şərəf və ləyaqətin müdafiəsinə dair xüsusi ittihamla iddia irəli sürüb.
Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını ləğv edib və işə baxan hakim barəsində xüsusi qərar çıxarıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]