...

Azərbaycanda inzibati məhkəmələr yaradılacaq

Cəmiyyət Materials 21 May 2009 10:34 (UTC +04:00)

Azərbaycan, Bаkı, 21 may / Trend , müxbir  K.Zərbalıyeva /

Azərbaycanda gələn ildən inzibati məhkəmələrin yaradılması prosesi başlayacaq.

"İnzibati işlərə baxacaq məhkəmələr apellyasiya məhkəmələrinin tərkibində kollegiya şəklində fəaliyyət göstərəcək", - Trend -un məlumatına görə, cümə axşamı jurnalistlərə Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynov bildirib.

Onun sözlərinə görə, inzibati məhkəmələr iki instansiyadan ibarət olacaq.

"Apellyasiya instansiyası isə Ali Məhkəmə tərəfindən həyata keçiriləcək", - komitə sədri əlavə edib.

İnzibati məhkəmələrdə fəaliyyət göstərəcək hakimlərin seçiminə gəldikdə, Hüseynov deyib ki, hazırda vakant hakim yerləri üçün müsabiqə elan olunub, test imtahanları keçirilir.

"Bütün bu proseslər bir-birinə bağlı olduğundan inzibati məhkəmələrin tərkibi həm də yeni seçiləcək hakimlərlə formalaşdırılacaq", - komitə sədri vurğulayıb.

Hüseynovun bildirdiyinə görə, İnzibati Prosessual Məcəllənin layihəsi  hazırda parlamentin muzakirəsindədir və sənəd ilin sonuna qədər qəbul olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti