...

Futbol üzrə Azərbaycan kubokunu "Qarabağ" qazandı

Cəmiyyət Materials 23 May 2009 19:53 (UTC +04:00)
Futbol üzrə Azərbaycan kubokunu "Qarabağ" qazandı

Azərbaycan, Bakı, 23 May / Trend / Bugün futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Ağdamın "Qarabağ" futbol klubu rəqibi "İnter"-i minimal hesabla məğlub edərək kuboku qazandı.

Oyunda yeganə qolu 57-ci dəqiqədə 11-metrlik cərimə zərbəsindən Vagif Cavadov vurdu.

"Qarabağ" artıq üçüncü dəfə kuboka sahib çıxır. İlk dəfə klub bu nailiyyətə 1993-cü ildə imza atıb, ikinci dəfə isə - 2006-da.

Xəbər lenti

Xəbər lenti